Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlanıb.
Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirilib. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
Bu barədə AZƏRTAC xəbər verir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin yüksək vəzifə verdiyi Şahin Babayev kimdir? - DOSYE
- Muxtar Mahmudov müstəqillik dövrünün ən böyük İES-inin istismara veriləcəyi vaxtı açıqladı
- Baş Prokurorluğa yeni səlahiyyət verildi
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə icraçı direktor təyin olundu
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib