Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident İlham Əliyev: "Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq"
"Bu tədbir (COP - red.) qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini bildirən dövlətimizin başçısı qeyd edib:
"Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
- İlham Əliyev: "Azərbaycan Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir"
- Prezident: "Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsinə töhfə verəcək"
- Prezident İlham Əliyev: "Azərbaycana hər zaman güvənə bilərsiniz"
- Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür