Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident İlham Əliyev: “Bizim sözümüz imzamız qədər dəyərlidir” - VİDEO
“Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən bildirib.
Dövlətimizin başçısı qeyd edib:
“Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu”.
"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
- DİN vətəndaşlara müraciət ÜNVANLADI
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Paşinyan: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması"