Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
"Finlandiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar