Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident İlham Əliyev iki ölkə ilə imzalanmış vacib sənədləri təsdiq etdi
2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş" təsdiq edilib.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Həmçinin 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı, "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib