Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Liviya liderini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, Liviya Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Azərbaycan ilə Liviya arasında dostluq əlaqələrinin inkişafı məmnunluq doğurur. Sizin noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi xoş təəssüratlarla xatırlayıram. Son bir il yarım ərzində Sizin ölkəmizə ikinci dəfə səfər etməyiniz dövlətlərarası münasibətlərimizin səviyyəsindən xəbər verir.
İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşıb
- İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
- Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı