Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Venesuela Bolivar Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
- Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
- Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
- Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi
- Prezident "Nəqliyyat haqqında" Qanunda dəyişiklik barədə Fərman imzaladı