Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan, Yaşar Güler və İbrahim Kalın Suriyaya gediblər
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb