Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzindəki konsertdə iştirak ediblər
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Somali ilə Bakıda imzalanmış sazişi təsdiqlədi