Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq"](https://images.oxu.az/2024/05/25/jaOtMwsel2THRq9fRGxoF2REh6xn3X9dkhypugNA:1200.jpg)
Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq"
"COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür".
![](https://img.youtube.com/vi/czorBs540zo/sddefault.jpg)
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi
- Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb
- Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı