"Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında "Washington Hilton" hotelində ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş silahlı hücumla bağlı paylaşımında yazıb.
"Bu cür zorakılıq aktları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, birinci xanımın və iştirak edənlərin təhlükəsizlikdə olması sevindirici haldır. Onlara davamlı təhlükəsizlik və əmin-amanlıq arzulayıram" , - deyə dövlət başçısı vurğulayıb.
Deeply disturbed by the shooting at the White House Correspondents’ Dinner in Washington, D.C. Such acts of violence are unacceptable and must be firmly condemned.
— Ilham Aliyev (@presidentaz) April 26, 2026
Relieved that President Trump, the First Lady, and all attendees are safe. Wishing them continued safety and…