Prezident İlham Əliyev "Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Sabah" futbol klubuna beş milyon manat ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Qaynar xətt:
(055) 224 12 12