Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyevin Antalyada Sudanın Suveren Keçid Şurasının sədri ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sudan Respublikasının Suveren Keçid Şurasının sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğulayıb.
Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.
Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.
Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Novruz Türk Dünyasının ortaq bayramı oldu
- İlham Əliyev Əziz Səncərin Əlişir Nəvai Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
- TDT-nin Budapeşt sammitində sənədlər imzalanıb
- Rəcəb Tayyib Ərdoğan: "İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək"
- Prezident: "Azərbaycanın doqquzuncu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"