Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış oyununda "Qarabağ" "ASCO Arena"da autsayder "Səbail"in qonağı olub.
Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında XXX tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Səbail" "Qarabağ"ı qəbul edəcək.
Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Sabah" ilə, "Sumqayıt" "Şamaxı" ilə, "Kəpəz" "Araz-Naxçıvan" ilə, "Neftçi" isə "Zirə" ilə üz-üzə gələcək.
11 aprel
Misli Premyer Liqası
XXX tur
Saat 19:00, "Səbail" - "Qarabağ".