Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır"
"Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
"Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.
"VII ADA Siyasi Forumu" teqi üzrə xəbərlər
- İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
- İlham Əliyev VII ADA Siyasi Forumu ilə bağlı paylaşım etdi
- Prezident: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"
- Azərbaycan Prezidenti: "Biz Suriya hökumətini dəstəkləyirik"
- Prezident: "USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır"