Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp Çinin ABŞ mallarına tətbiq etdiyi cavab rüsumlarından danışdı: "Hər bir fənddən istifadə edir"
"Çinin ABŞ mallarına cavab rüsumları beynəlxalq ticarət qaydalarını pozur".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
Tramp qeyd edib ki, Çin tariflərin nəticələrinin kompensasiya edilməsi məqsədilə "hər bir fənddən istifadə edir" və valyuta ilə manipulyasiya edir. O, həmçinin bunun "qaydalara uyğun olmadığını" vurğulayıb.
Donald Tramp etiraf edib ki, Çin aprelin 9-da qüvvəyə minməli olan 104% həcmində Çin mallarına əlavə rüsumların ləğvi ilə bağlı razılığa gələ bilər. Lakin Tramp əlavə edib ki, Pekin danışıqlara necə başlayacağını bilmir, çünki "onlar qürurlu insanlardır".
Xatırladaq ki, aprelin 4-də Çin bütün ABŞ mallarına 34%-lik cavab rüsumlarını elan edib və bu, aprelin 10-dan qüvvəyə minəcək. Buna cavab olaraq, ABŞ Çin məhsullarına yeni tariflər elan edib.
"Ticarət müharibəsi" teqi üzrə xəbərlər
- Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı, Trampın "boz kardinal"ı kimdir?
- Neftin qiyməti 50 dollaradək enə bilərmi?
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində