Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilib:
Kraynova Valentina Serqeyevna
Manafova Ülviyyə Azər qızı
Səttarova Səadət Qüdrət qızı.