Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qəbul edilmiş qərar idi.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının “Azadlıq” meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.
“Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra respublika süqut etdi və Azərbaycan öz dövlət mütəqilliyini itirdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir”, - deyə dövlət başçısı vurğulayıb.
Dövlət başçısı deyib ki, keçən ay Xalq Cümhuriyyətinin 100 illiyi qəbul edilib:
“Cümhuriyyətin ən önəmli qərarlarından biri ordunun yaradılması ilə bağlı idi. Təəssüflər olsun ki, iki ildən sonra Cümhuriyyət öz müstəqilliyini itirdi. Bu, bir daha göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”.