Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident Pakistanla imzalanmış üç vacib sənədi TƏSDİQLƏDİ
"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"ni də təsdiq edib.
Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qeyd edək ki, hər üç sənəd 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev monteneqrolu həmkarına başsağlığı verib
- Brüsselin Vilnüs üzərindən başsağlığı zəngi
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub