Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər"
"Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
"Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik", - deyən dövlətimizin başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

"VII ADA Siyasi Forumu" teqi üzrə xəbərlər
- İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
- İlham Əliyev VII ADA Siyasi Forumu ilə bağlı paylaşım etdi
- Prezident: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"
- Azərbaycan Prezidenti: "Biz Suriya hökumətini dəstəkləyirik"
- Prezident: "USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır"