Tayvanın şimal-şərqində 5.8 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə adanın Mərkəzi Hava İdarəsi xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanların mərkəzi İlan qəzasının Suao qəsəbəsində yerləşib.
Hazırda ölənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.