Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?
2025-ci ilin əvvəlindən bu günə qədər 46 orqan transplantasiyası əməliyyatı icra edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si böyrək,13-ü qaraciyər, 4-ü sümük iliyi, 12-si isə buynuz qişa əməliyyatlarıdır.
Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında qeyd etmişdi ki, Azərbaycanda 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.
"Orqan transplantasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi
- "Buffy" ulduzunun ölüm səbəbi məlum oldu
- Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi
- Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI
- Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI