Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Prezident seçkisi dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşdi
Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
Bu barədə MSK-dan məlumat verilib.
Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir. Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkidə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.
Nəşrdə prezident seçkisinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.
Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu
- Vətəndaşların yüksəkrütbəli polislərə müraciəti ilə bağlı yeniliyin təfərrüatı açıqlandı
- Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər
- Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ: Sürücü öldü, həyat yoldaşı xəsarət aldı
- Aeroport şosesində qəza: 3 avtomobil toqquşdu