Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident seçkisinin müşahidəsi üçün MSK-ya ərizə təqdim edilməsi müddəti sabah başa çatır
Sabah növbədənkənar prezident seçkisində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır.
Secki-2024.az saytı xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.
Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"
- MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib