Azərbaycan prezidenti İlham Əliyev Nazim Ələkbər oğlu İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə Nazim Ələkbər oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilsin.