Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev: "Vyetnamla mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"
"Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir".
Oxu.Az AZƏRTAC-a müsahibəsində xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş "Əfsanə yaradanlar" filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi".
Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Makron Ərdoğanın qarşısında necə alçaldı? - "Avropa Siyasi Birliyi"ndə yaddaqalan məqamlar
- Hikmət Hacıyev: "Azərbaycan-İran münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub"
- Prezident İlham Əliyevin nəvəsi dünya çempionatında finala yüksəldi
- İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi