Prezident İlham Əliyev bir neçə gün öncə “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sərəncamla elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gənc Prezident mükafatı ilə təltif olunub.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.