Lənkəranda limon əvəzinə qadın alveri ilə məşğul olan şəxs ifşa olunub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Göyşabalan kəndində baş verib.
Kənd sakini Nərminə Bayramovanın qadınları fahişəliyə cəlb etməsi və onların bu qazancından bəhrələnməsi müəyyən olunub. Məlumat daxil olan kimi Lənkəran polis əməkdaşları dərhal əməliyyat keçirib.
Keçirilən əməliyyat zamanı qadın alveri ilə məşğul olan Nərminə Bayramova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.