Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Eyni zamanda, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür
- "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi
- PUA-larla bağlı bəzi dövlət rüsumları müəyyənləşdi
- Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması ilə bağlı bəzi fərmanlar dəyişir
- Azərbaycanda tibb işçilərinin peşə bayramıdır