Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, 23 mayda keçiriləcək parlamentin iclasının gündəliyinə əlavə edilən "Dövlət Qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb
- Bir sıra dövlət qulluqçuları fəxri ad, orden və medallarla təltif olundular
- Prezident İlham Əliyevdən Qax rayon icra başçısı ilə bağlı SƏRƏNCAM
- İlham Əliyev UFC-nin prezidentini qəbul edib