Rusiya, Türkiyə və Azərbaycan AŞPA-nın diqqətli və fövqəladə müşahidəsi altında olan ölkələr siyahısına salınıb, Dövlət dumasının beynəlxalq komitəsinin rəhbəri Aleksey Puşkov belə hesab edir.
“Monitorinq prosedurları nöqteyi-nəzərindən Avropa Şurası Parlament Assambleyasında (AŞPA): toxunulmaz və diqqətli müşahidə altında olan iki klub yaranıb. Yəni, qərbi və mərkəzi Avropa ölkələri özlərini təhlil çərçivəsindən çıxarmağa çalışırlar.
Amma Avropa İttifaqına bir qədər yeni, 90-cı illərin əvvəllərində daxil olan ölkələrdə əsasən Rusiya, Türkiyə, Azərbaycan və bir sıra dövlətlərdə vəziyyətin tədqiqi ilə məşğul olurlar”, - Puşkov jurnalistlərə bildirib. Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Beləliklə, iki qrup ölkə yaranıb: bir qrup çalışır ki, onların ölkələrindəki vəziyyət praktiki olaraq nəzərdən keçirilməsin, “Parlament Assambleyasının məşğuliyyəti olsun deyə, monitorinq və post-monitorinq proseduru altında olan dövlətlərdəki vəziyyət nəzərdən keçirilir”, - deputat izah edib.
“Avropa Şurasında toxunulmaz və diqqətli müşahidə altında olan iki klub yaranıb”, - Puşkov vurğulayıb.
Bununla yanaşı, onun sözlərinə görə, “toxunulmazlar klubu” yetərli əsas olmadan belədir.
“Məsələn, qüvvənin bir sıra ölkələrdə qeyri-bərabər tətbiqi şübhəsini, biz televizor ekranlarında Avropa paytaxtlarında nümayişlərin dağıdılması zamanı görürük. Amma bu heç bir zaman müzakirə predmeti olmur. Əgər Rusiyada nə isə baş verərsə bu müşahidə predmetinə çevrilir”, Puşkov qeyd edib.
“Heç kim, heç vaxt AŞPA-nın daxilində belə qeyri-rəsmi qeyri-bərabərliyin mövcud olduğunu etiraf etməyəcək”, parlamentari əlavə edib.