Bakının Yasamal rayonunda 5 mərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Yasamal rayonunda beşmərrtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan kafenin tüstü bacasında yağ qalıqları yanıb.
Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
19.00
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun verdiyi məlumata görə, bir neçə dəqiqə öncə paytaxtda yaşayış binalarından birində güclü yanğın başlayıb.
“Musabəyov” parkının və Yasamal Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın davam edir.
E.Ə.
www.oxu.az