Rusiya Federasiyası Hərbi-Dəniz Donanmasının “Dağıstan” keşikçi raket gəmisinin başçılıq etdiyi Xəzər flotiliyası avqustun 12-dən 13-dək Azərbaycanın paytaxtı Bakının limanına daxil olacaq.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, səfərin məqsədi Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir, RF-nin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Bildirilir ki, səfər proqramı Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı ilə görüş və rusiyalı dənizçilərin Bakının görməli yerlərini ziyarət etmələri daxildir.
Qeyd edək ki, ötən il suya buraxılmış “Dağıstan” keşikçi raket gəmisi öz sinfində ən müasir hərbi gəmilərdən hesab olunur.
Gəmi “stels” texnologiyalarından istifadə etməklə hazırlanıb, müxtəlif silah kompleksləri ilə təchiz edilib və eyni vaxtda suüstü, sualtı və hava hədəflərini məhv edə bilər.
Xatırladaq ki, göstərilmiş vaxtda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri baş tutmalıdır.
Bəzi Azərbaycan və Türkiyə KİV-in məlumatına görə, Putin Bakıya “Dağıstanla” gələcək.
Elvin Əhmədov
www.oxu.az