Rusiya prezidenti Valadimir Putin Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edib.
Oxu.Az xəbər verir ki, Rusiya prezidentinin bu barədə sərəncamı dpvlət hüquq informasiya portalında yerləşdirilib.
Sərəncamda bildirilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.