Rusiya prezidenti Vladimir Putin avqustun 31-də futbol üzrə Türkiyə və Rusiya milli komandaları arasında keçiriləcək oyuna baxmaq üçün Antalyaya səfər etməyəcək.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
“Xeyr, getməyəcəyik. Biz uzaqdan azarkeşlik edəcəyik”, - deyə D.Peskov bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatında V.Putinin futbol yarışına baxmaq üçün avqustun 31-də Antalyaya gələcəyi barədə məlumat yayılmışdı.