Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər. Hər iki ölkənin liderləri tərəfləri maksimum təmkinli olmağa və təcili sürətdə atəşkəsi bərpa etməyə çağırıblar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsi hərtərəfli müzakirə edilib. Davam edən genişmiqyaslı döyüş əməliyyatları ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Vladimir Putin və Emmanuel Makron tərəfləri təcili sürətdə atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırdılar”, - deyə Kremlin mətbuat xidmətinin yaydığı xəbərin mətnində qeyd olunub.
Hər iki ölkənin prezidenti Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla həllinin alternativinin olmadığını bildiriblər.
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər - VİDEO