Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Putin və Tramp Qarabağı müzakirə edəcək - ŞƏRH
Cənubi Qafqaz regionu hazırda çox təhlükəlidir. Bu gərginliyi nəzərə alaraq Tramp və Putin Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov Putin və Trampın bu gün Helsinkidə keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.
Ekspertin fikrincə, liderlər beynəlxalq gündəliyin ağrılı nöqtələrini müzakirə edəcəklər və bu mənada böyük ehtimal var ki, onlar Qarabağ problemi ilə bağlı fikirlərini bölüşəcəklər.
“Bu gün Dağlıq Qarabağdakı vəziyyət arzuolunmazdır. Paşinyanın rəhbərlik etdiyi Ermənistan Azərbaycanın planları ilə razılaşmır, kompromis üçün göstərilən bütün variantları rədd edir. Bununla yanaşı, Yerevan təmas xəttinə diversiya qrupu göndərərək, təxribatları davam etdirir”, - T.Abbasov əlavə edib.
Müsahib hesab edir ki, tərəflərin bir-birini dinləməyə hazır olmasından çox şey asılıdır.
“Sözsüz ki, görüşdə Ukrayna ətrafında məsələ ikinci plana keçəcək. İndi Moskva və Vaşinqton bəzi maneələri aşmağa və xüsusilə mühüm məsələlərdə əməkdaşlıq üçün həll axtarmağa qərarlıdırlar”, - o deyib.
Politoloq əlavə edib ki, bu gün Amerika kompromisə getməyə hazırdır:
“Sirr deyil ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki siyasətinin vektorunu dəyişdirir, demək olar ki, onu yumşaldır. Bir vaxtlar Barak Obamanın dövründə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən Amerika bu gün onun hakimiyyətdə saxlanılmasının mümkünlüyünü qəbul edir. Bütün bunlar o deməkdir ki, Amerika kompromisə getməyə hazırdır”, - ekspert qeyd edib.
Ə.Ş.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"