Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putinin üzrxahlığı Rusiya ictimai rəyində: "Gözləmək çirkin görünərdi"
"Vladimir Putin tərəfindən Prezident İlham Əliyevə edilən zəng çox mühüm əhəmiyyətə malikdir. Çünki telefon danışığı zamanı iki lider demək olar ki, mümkün böhranı həll etdilər".
Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulmasına görə iki ölkə arasında siyasi böhran artmaqda idi:
"Sərnişinlərin və ekipaj üzvlərinin ifadələrindən anlaşılan o idi ki, Azərbaycan mülki təyyarəsinin qəzaya uğramasının səbəbi Qroznıdakı Rusiya HHM sistemləri tərəfindən vurulması, təyyarənin naviqasiya sistemlərinin radioelektron mübarizə sistemləri tərəfindən söndürülməsi, Mahaçqala, Maqas, Mineralnie Vodı kimi yaxın aeroportlarda enə bilməyib daha uzaq məsafədə yerləşən Aktau şəhərinə uçmağa məcbur edilməsi idi. Azərbaycan tərəfində də bununla bağlı tam əminlik yaranmışdı. Bu səbəbdən sual yaranırdı: nə üçün Rusiya hakimiyyəti bu hadisəyə görə öz məsuliyyətini qəbul etmir? Lakin Rusiya hakimiyyəti bu məsələdə tələsmədiyi üçün, günahını qəbul edib Azərbaycandan üzr istəməklə bağlı Rusiya ictimai rəyində çağırışlar eşidilməyə başlandı. Görünür, Vladimir Putin istintaqın nəticələrini əldə etdi və bu məlumatlara əsasən Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu fəlakətə görə Rusiyanın tam məsuliyyətini qəbul etdi".
"İlkin hesabat qəzadan sonra 30 gün ərzində dərc edilməli, yekun hesabat isə 12 aydan gec olmayaraq dərc edilməli idi. Lakin Rusiya hakimiyyəti bu 30 günü gözləmədi. Bu, düzünü desək, kifayət qədər çirkin görünərdi. Ona görə də Təhlükəsizlik Şurasının məruzəsindən sonra belə bir qərar qəbul edildi. Beləliklə, bu fəlakət səbəbindən Rusiya və Azərbaycan arasında potensial gərginlik həll edildi, problem iki dövlət və xalq arasında dostluq və müttəfiqlik münasibətləri ruhunda həllini tapdı", - deyə politoloq vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu fəlakətdən istifadə edib Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq üçün istifadə etməyə çalışan qüvvələr fəallaşmışdı:
"Bu, əsasən türkofob və azərbaycanofob qüvvələrdir. Onlar bunun üçün geniş informasiya kampaniyası başlatdılar. Lakin görünən odur ki, Prezident Putinin zəngi Rusiyaya və Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasına son qoyacaq. Rusiya və Azərbaycan dostdur və ümumi faciələr dostları ayırmır, əksinə birləşdirir".
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İlham Əliyevi təbrik edib
- Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib
- Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər