Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"
"Bütün dünya Türkiyənin artan təsirini görür".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirilən "İqtisadiyyata dəyər qatanlar" mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.
O bəyan edib ki, 5 ayda Türkiyədə elektrikli nəqliyyat vasitələri, günəş batareyaları istehsalı kimi sahələrə 7 milyard dollardan çox investisiya cəlb olunub.
Süni intellekt texnologiyalarından danışan dövlət başçısı vurğulayıb ki, "ya cəld hərəkət edib prosesə yetişəcəyik, ya da iqtisadiyyatda asimmetrik güc multiplikatorundan məhrum olacağıq. Hesab edirəm ki, ölkəmizdə süni intellekt sistemləri hələ də yaxşı başa düşülməyib. Hökumət olaraq Türkiyəni bu yeni dünyaya hazırlamağa çalışırıq".
Onun sözlərinə görə, Türkiyə böyüyərək böhranlardan çıxa bilər.
"İqtisadiyyatdan müdafiəyə, xarici siyasətdən ticarətə qədər geniş sahədə bu böyüməni təmin edəcək addımlar atmışıq", - deyə Ərdoğan xatırladıb.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır"
- Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər
- Ərdoğan: "Qarabağın azad edilməsi regionda yeni səhifə açıb"
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib