Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
Azərbaycan Din Xadimlərinin Forumunda "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, panel Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutub.
Rəvan Həsənov Azərbaycanda antisemitizmin olmadığına inanmayanların olduğunu bildirib:
"Bəzən xarici ölkələrdən Azərbaycana gələnlər sual edirlər ki, necə ola bilər, əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlətdə digər dini icmalarla problemlər yaşanmır? Düşünürlər ki, biz nəyi isə gizlədirik. Halbuki həqiqətən də, Azərbaycanda bütün dini icmalar əmin-amanlıq içərisində yaşayırlar. Kilsələri və sinaqoqları silahlı şəxslər deyil, xalq özü qoruyur".
Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin fikrincə isə Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib.
"Bu harmoniya bizi ən tolerant ölkələrdən biri kimi tanıdıb.
Dördmərtəbəli yəhudi dini mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bu mərkəzin tikintisinin bütün maliyyəsi dövlət hesabına təmin edilir", - deyə Milix Yevdayev əlavə edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə bildirib ki, hazırkı cəmiyyət üçün elmdən ideologiyaya, eyni zamanda ideologiyadan elmə qatqılar vacibdir:
"İdeoloji təhlükələrə hazır olmaq üçün tək dövlətin fəaliyyəti ilə kifayətlənmək effektiv deyil. Mədəni birləşmə, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənəsinin dünyaya çatdırılması önəmli faktorlardır".
Müzakirələrdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri yepiskop Aleksiy Smirnov da iştirak ediblər.
Məhərrəm Əliyev
Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxış ediblər.
Sessiya zamanı diqqətə çatdırılıb ki, ilk növbədə ailənin maarifləndirilməsi, digər istiqamət olaraq, gənclərin maarifləndirilməsi və gənclər arasında dini tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, əsrlərdir, din çox təsirli, böyük gücə malik olan alətdir. Dini tərbiyənin düzgün aparılması gələcəyimiz üçün vacibdir.
Vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətində vətəndaş cəmiyyətinin rolu böyükdür. Azərbaycan insan hüquqlarının tam bərqərar olduğu ölkələrdən biridir.
Nəzərə çatdırılıb ki, siyasi təsir altında olan qüvvələrin ələ keçirmək istədiyi sahələr QHT-lər və dini kəsimlərdir. Çünki vətəndaş cəmiyyətinə bu istiqamətlərdə təzyiq etmək daha rahatdır.
Bildirilib ki, Azərbaycanda qadınlar vətəndaş cəmiyyətində çox aktiv təmsil olunurlar. Məsələn, 3 750 QHT-nin 471-nin sədri məhz qadındır.
Məhərrəm Əliyev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT