Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qanuna təklif olunan hansı dəyişiklik geri qaytarıldı?
Milli Məclisin (MM) oktyabrın 16-da keçirilən iclasında “Lotoreyalar haqqında” qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, layihə barədə məlumat verən parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Komitə sədri qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda Komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:
“Belə ki, yeni dəyişiklikdə qeyd olunur ki, Tiraj Komissiyasının üzvlərinin üç nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni, Komissiyanın üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı beş nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirələr aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar”.
Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur
- Pensiyaların hesablanmasında yenilik təklif edilib
- Milli Məclisdə diplomsuz işləyən estetik cərrahlarla bağlı problem gündəmə gətirildi
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
- Milli Məclis gələn ilin dövlət büdcəsini birinci oxunuşda qəbul etdi