Azad edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələrinin statusu müəyyənləşib
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Azərbaycanda ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib. Dəyişikliklə Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Xocavənd və Zəngilandakı tarixi və mədəni irs ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsi üzrə: "Ağdam rayonu" hissəsinə aşağıdakı məzmunda 203-1-ci bənd əlavə edilsin:



