"Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Bu hücumlar nəticəsində vətəndaşlarımız arasında ölən və yaralananlar olub".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Hindistan qarşılıqlı səfərlərlə bağlı qaydalara zidd olaraq Pakistanla sərhədi birtərəfli qaydada bağlayıb:
"Hazırda Hindistanın vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Bizim ordunun gördüyü tədbirlər nəticəsində bir sıra hədəflərə zərbələr endirilib, qarşı tərəfə məxsus pilotsuz uçuş aparatları sıradan çıxarılıb. Görünür ki, qarşı tərəf gərginliyi azaltmaq istəmir".
"Bu gün səhər saatlarında da Hindistanın dron hücumları davam edib. Qarşı tərəf sərhədlərimizə yaxın ərazilərdə qırıcı təyyarələrin uçuşlarını həyata keçirib", - deyə səfir əlavə edib.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib