Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyadan Azərbaycana dörd nəfər ekstradisiya edildi
Beynəlxalq axtarışa verilmiş daha dörd şəxs Azərbaycana ekstradisiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Anar Elmar oğlu Yolçuyev, Reyhan Mirbala qızı Məlikli, Zamiq Qurbanəli oğlu Aslanov və Elşən Musa oğlu Zaxarovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyinin Probasiya Xidməti CEP-in Antalya konfransında təmsil olunub
- Məhkəmə ilk dəfə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad etdi
- Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib
- Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
- Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iclası keçirilib