"Hindistanın Azərbaycandan idxal olunan mallara qadağa qoyduğu barədə qərarını görməmişəm. Bu, çox yanlış bir addım olardı".
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin keçirdiyi mətbuat konfransında Oxu.Az-ın sualına cavabında deyib.
"Belə bir qərar verməkdənsə, Hindistan tərəfi bölgədə yaranan gərginliyin aradan qaldırılması üçün təşəbbüskarlıq nümayiş etdirməlidir", - səfir əlavə edib.
Mərahim Nəsib