Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qazaxın dörd kəndinin azad olunması Azərbaycanın növbəti tarixi uğurudur
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunması Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində növbəti tarixi uğurudur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarının qaytarılması fonunda yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri yada salmaq yerinə düşər:
"Dövlət başçısı müsahibəsi zamanı bildirmişdi ki, o kəndlər ki, anklav deyil - dörd kənd - Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: "Yəni bizim mövqeyimiz bundan ibarətdir". Elə məhz bu gün sözügedən dörd kəndin Azərbaycana təhvil verilməsi ölkə başçısının qəti siyasi iradəsinin nəticəsidir".
A.Quliyev bildirib ki, həmin kəndlərin dövlət başçısının bir sözü ilə qaytarılması "dəmir yumruq" kimi "dəmir iradə"nin də yerində olduğunu bir daha sübut edib:
"Beləliklə, regionda yaradılmış yeni reallıqlar fonunda Azərbaycan diktə edən tərəf kimi öz sözünü bir daha demiş oldu. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror tədbirlərindəki qələbəmizin davamıdır. Bu tarixi uğura görə Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin sakinlərinə gözaydınlığı verirəm. Azərbaycan xalqı bu tarixi anları bizə yaşadan müzəffər Ali Baş Komandana və şanlı ordusuna minnətdardır".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək
- Sahib Məmmədov: "Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Komitə sədri: "Pensiya yaşının azaldılması gündəmdə deyil"