Qazaxıstan Azərbaycanla enerji tərəfdaşlığı üzrə sazişi təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan hökumətinin müvafiq qərarına istinadla "KazTAQ" agentliyi yayıb.
Sənəddə qeyd edilib ki, Qazaxıstan və Azərbaycan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlıq müqaviləsinə əlavə edilən saziş layihəsi bəyənilsin.
Sənədə görə, tərəflər neft və qaz, bərpa olunan enerji mənbələri, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəklər.