Qazaxıstandan Ermənistana göndərilən taxıl məhsullarını daşıyan yük qatarı Bakının Biləcəri stansiyasından yola salınıb.
Oxu.Az xəbər verir ki, qatar Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək. Böyük Kəsik stansiyasından Gürcüstana, oradan da Ermənistana keçəcək.
"Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub:
"Qatar artıq Biləcəri stansiyasındadır. O, Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq".
Bəxtiyar Hacıyev əlavə edib ki, həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir.
O xatırladıb ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb:
"Artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir.
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır".
Qazaxıstandan Ermənistana göndərilən taxıl məhsullarını daşıyan yük qatarı Bakıya çatıb.
Oxu.Az xəbər verir ki, qatar Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.


Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif