Milli Məclisin deputatı Fazil Mustafa Mədəniyyət komitəsinin sədri vəzifəsini icra edir.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib.
 (2) (2):640.jpg)
“Mədəniyyət komitəsi bizim əsas nizamnamədə nəzərdə tutulub. Komitənin sədri olmayanda onu müavin əvəz edir. Artıq bu funksiya müavin kimi mənə həvalə olunub”, - Fazil Mustafa qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu ilin sentyabrın 28-də vəfat edib.