Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır - BƏYANAT
"Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib".
Oxu.Az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
Bildirilib ki, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməyi tələb edir.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"
- USAID-in Gürcüstanla bağlı planları - SALAM BAKU
- Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - Türk tarixinin izi
- İcma: "İrəvanın Təpəbaşı məscidində içki istehlak edilməsi bütün müsəlman aləminə hörmətsizlikdir"
- Rəsmi Bakıdan Paşinyana CAVAB